MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib - SİYAHI
Ölçü:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.

Koordinat.az
xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.

Bundan başqa, 15 saylı Yasamal birinci seçki dairəsi, 28 saylı Sabunçu üçüncü seçki dairəsi, 79 saylı İmişli seçki dairəsi i ilə bağlı müraciətlər müzakirəyə çıxarılıb.

Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.

13.02.2020 17:47:00
Oxuma sayı: 467