Qida zəhərlənməsindən 3 nəfər ölüb
Ölçü:


Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 164 qida zəhərlənməsi baş verib ki, nəticədə 254 nəfər zərər çəkib, 3 nəfər ölüb.

Koordinat.az xəbər verir ki, bu barədə "Trend"ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, yanvar-may ayları ərzində 10 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zəhərlənib.

Təkcə bu ilin may ayı ərzində 22 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 34 nəfər zərər çəkib.

21.06.2017 11:52:00
Oxuma sayı: 190