Ruhani: “ABŞ İranın regiondakı əhəmiyyətini anlayır”
Ölçü:

“İran Silahlı Qüvvələrinin gücü bir neçə dəfə artıb. Mən buna görə ölkənin müdafiə sənayesinə təşəkkür edirəm”.

Koordinat.az-ın məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani islam inqilabının 41-ci ildönümü münasibətilə keçirilən mitinqdə çıxışı zamanı deyib.

“ABŞ İranın gücünün, regionda oynadığı rolun nə qədər əhəmiyyətli olduğunu çox yaxşı anlayır. Bu gün İran Yaxın Şərq regionunun ən güclü ölkəsidir”, - deyə H. Ruhani qeyd edib.
11.02.2020 13:55:00
Oxuma sayı: 66