ABŞ Rusiya və Çini əsas təhlükə hesab edir
Ölçü:


ABŞ əks-kəşfiyyatı Rusiya və Çini əsas təhlükə adlandırıb.

Koordinat.az
xəbər verir ki, ABŞ-ın yeni əks-kəşfiyyat strategiyası 2020-2022-ci illər ərzində ölkə üçün əsas təhlükələrin siyahısını açıqlayıb. Siyahıda ABŞ üçün əsas təhlükənin Rusiya və Çin olduğu öz əksini tapıb.

“Amerika Birləşmiş Ştatlarını hədəf alan oyunçuların sayı artır. Rusiya və Çin bütün dünyaya təsir edirlər, ABŞ-a qarşı milli gü alətlərindən istifadə edirlər. Onlar müasir geniş spektrli kəşfiyyat imkanlarına malikdirlər”, -deyə ABŞ Əks-kəşfiyyat və təhlükəsizlik Milli Mərkəzi tərəfindən hazırlanan sənəddə bildirilib.

Əks-kəşfiyyat Kuba, İran, Şimali Koreyanı, “Hizbullah” hərəkatını, İŞİD-i və "Əl-Qaidə"ni də ABŞ üçün təhlükələr siyahısına əlavə edib.

11.02.2020 11:25:00
Oxuma sayı: 704