Astanada Suriya üzrə növbəti görüş olacaq
Ölçü:



Suriyada vəziyyətin nizamlanmasna dair növbəti görüş Astanada keçiriləcək.

Koordinat.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.

A.Jaynakov deyib ki, görüş iyulun 4-5-də keçiriləcək. Görüşün həmin tarixdə keçirilməsi barədə həm Rusiya, həm Türkiyə, həm də İran tərəfinin razılığı alınıb.

Qazaxıstan XİN mətbuat xidməti rəhbərinin sözlərinə görə, Astana danışıqlarının budəfəki mərhələsində əldə olunmuş əvvəlki razılaşmaların necə yerinə yetirilməsi və vəziyyətin normallaşdırılması istiqamətində atılacaq növbəti addımlar müzakirə ediləcək.
19.06.2017 21:43:00
Oxuma sayı: 237