Londonda terror aktı törədənin adı açıqlandı
Ölçü:



Ötən gecə Londonda məscid yaxınlığında terror aktı törədən şəxsin adı açıqlanıb.

Koordinat.az-ın “Sky News”-a istinadən verdiyi xəbərə görə, cinayəti törədən 47 yaşlı Darren Osborn olub.

Ötən gecə Londonda sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə Londonun şimal-şərqində  məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
19.06.2017 21:20:00
Oxuma sayı: 228