Müsavat yeni seçkilərin keçirilməsini tələb edir
Ölçü:

Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar parlament seçkiləri siyasi rəqabət olmadan keçirilib.

Koordinat.az
xəbər verir ki, bu barədə Müsavat Partiyasının ilkin bəyanatında deyilir. Növbədənkənar seçkilər keçirilməsinin səbəbləri aydın şəkildə izah edilməyib, seçkilər növbədənkənar olduğuna və qəfil təyin edildiyinə görə isə siyasi qüvvələr və ictimaiyyət seçkilərə hazırlaşa bilməyib. Müxalifətin və beynəlxalq orqanların seçki islahatı ilə bağlı təklifləri müzakirə olunmayıb.

Səsvermə və səslərin hesablanması prosesi kütləvi pozuntularla müşaiyət olunub. Azərbaycan parlamentinə seçkilər azad və ədalətli olmayıb, seçkilərin elan edilən nəticələri isə xalqın iradəsini əks etdirmir. Saxtalaşdırmalar yolu ilə formalaşdırılmış Milli Məclis Azərbaycan Respublikasının qanunverici orqanı funksiyalarını yerinə yetirə bilməz, deyə bəyanatda qeyd edilir.

Son olaraq partiya yeni parlament seçkiləri keçirilməsini tələb edir.

 

10.02.2020 15:24:00
Oxuma sayı: 55