Xədicə İsmayıl Ağır Cinayətlər İdarəsində dindirilir
Ölçü:


Jurnalist Xədicə İsmayılova prokurorluğa dindiriməyə çağırılıb.

Koordinat.az
xəbər verir ki, iyunun 19-da saat 15:00-da o, Ağır Cinayətlər İdarəsinin binasına daxil olub. Xədicə İsmayılova "Turan"ın müxbirilə söhbətində bildirib ki, onu Əfqan Muxtarlının işi ilə bağlı dindirəcəklər: "Ancaq mənim xaricə çıxışım yasaqlanıb. Mən Gürcüstanda olmamışam. Onlara bildirdim ki, uzun illərdir ki, Əfqanla əlaqəm yoxdur. Ancaq dedilər ki, mənə sualları var".

Hüquq müdafiəçisi Oqtay Gülalıyev də iyunun 20-də prokurorluqda dindiriləcək: "Mənə demədilər nə istəyirlər, ancaq güman edirəm ki, Əfqan Muxtarlının işilə bağlıdır", – deyə o, "Turan"a bildirib.

Xatırladaq ki, Müsavat Partiyasının aparat rəhbəri Gülağa Aslanlı da iyunun 20-də bu iş üzrə dindirməyə çağırılıb.
19.06.2017 15:52:00
Oxuma sayı: 470