Hadı Rəcəblinin nəticələri ləğv oluna bilər
Ölçü:


Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilə bilər.

Koordinat.az
-ın məlumatına görə, MSK sədri qeyd edib ki, ola bilsin ki, bu müraciətlərin əsası yoxdur:"Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.

Qeyd edək ki, MSK-nın ilkin nəticələrinə görə, bu dairədən Hadı Rəcəbli 9 min 594 səs (53,1 faiz) toplayıb.

10.02.2020 12:53:00
Oxuma sayı: 129