"Microsoft" "Apple"i ideya oğurluğunda ittiham etdi
Ölçü:



"Microsoft" rəhbərliyi "Apple" şirkətini ideya oğurluğunda ittiham edir.

Koordinat.az-ın Vladtimes.ru-ya istinadən xəbərinə görə, sensasion bəyanatla "Microsoft" rəhbəri Maykl Qevin çıxış edib.

Onun fikrincə, "iPad Pro" "Surface"ın plagiat variantıdır: "Bizim bir neçə ildir getdiyimiz yolu "Apple" şirkəti indi seçir. Bir neçə il əvvəl biz "Surface" qurğularını təqdim edəndə "Apple" skeptik yanaşmasını ortaya qoydu. Amma tezliklə "iPad Pro" peyda oldu".

Qeyd edək ki, "Apple" şirkəti "iPad Pro"nu bu yaxınlarda keçirilən WWDC 2017 sərgisində təqdim edib. Bu qurğu noutbuku əvəz edə biləcək planşetdit.

19.06.2017 15:25:00
Oxuma sayı: 252