AXCP fəalı Bakının mərkəzində təkbaşına aksiya keçirib
Ölçü:



Bu gün AXCP fəalı Füzuli Hüseynov Bakının mərkəzi-28 may metrosuna yaxın ərazidə təkbaşına aksiya keçirib.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə F.Hüseynovun əlində "Bütün siyasi məhbuslara azadlıq" şüarı yazılmış plakat olub. Onun tək aksiyasına polis müdaxilə edərək saxlayıb.

Qeyd edək ki, Füzuli Hüseynov bundan əvvəl də təkadamlıq aksiya keçirib.
19.06.2017 14:40:00
Oxuma sayı: 259