Bu dairələrdə seçkinin nəticələri ləğv oluna bilər -MSK sədri açıqladı
Ölçü:

"33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan, 123 saylı Kəlbəcər, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairələrindən bizə ciddi iradlar daxil olub".

Koordinat.az
xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında MSK sədri Məzahir Pənahov bildirib: "Həmin dairələrdən bu və ya digər mənada məlumatlar daxil olub. Çox ciddi. Biz araşdıracağıq və qanunvericiliyin tələbinə uyğun olaraq addımlar atacağıq. Özü də biz onu gecikdirmədən edəcəyik. Siz görəcəksiniz ki, günü sabahdan bizim bu istiqamətdə müəyyən addımlarımız olacaq. Bunu heç uzatmaq planımız yoxdur. Bu dairələrdən və sabah başqa dairələrdən də məlumat daxil olsa, onların hamısını gecikdirmədən araşdıracağıq. Özü də ictimaiyyəti də, kütləvi informasiya vasitələrini də cəlb edəcəyik. Ona görə də əlinizdə olan məlumatları bizə verin ki, biz onlardan istifadə edək".

Qeyd edək ki, "Exit-poll" nəticələrinə əsasən 33 saylı dairədən Hüseynbala Mirələmov, 35 saylı dairədən Rauf Arifoğlu, 60 saylı dairədən Fəzail Ağamalı, 79 saylı dairədən Razi Nurullayev, 80 saylı dairədən Çingiz Qənizadə, 81 saylı dairədən isə Şahin İsmayılov qalib elan olunub.


10.02.2020 09:38:00
Oxuma sayı: 261