Üç tələbə dövlət sərhədini keçərkən yaxalandı –FOTO
Ölçü:


Yardımlı rayonunun Alar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər xarici vətəndaş saxlanılıblar.

Koordinat.az
Dövlət Sərhəd Xidmətinə (DSX) istiandən bildirir ki, həmin şəxslər Banqladeş Xalq Respublikası vətəndaşları – 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin və onlara bələdçilik edən İran İslam Respublikası vətəndaşı 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğludur.

Sərhəd pozucularının dövlət sərhədindən keçirilməsinə vasitəçilik edən Azərbaycan Respublikası vətəndaşı Yardımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu hadisə yerindən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlkin araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının “Odlar Yurdu” və “Qərb” universitetlərinin tələbələri olması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
19.06.2017 13:12:00
Oxuma sayı: 409