Xocalı aeroportundan ilk erməni təyyarəsi:  Şuşa üzərində dövrə vurub geri qayıtdı - FOTOLAR
Ölçü:


Dağlıq Qarabağdakı separatçı rejim Xocalı hava limanından kiçikhəcmli təyyarə uçuşlarına başlayıb.

Koordinat.az
bildirir ki, hələlik xarici turistlər üçün aparılan bu uçuşlar Xankəndi-Şuşa-Xankəndi marşrutu üzrə keçirilir. İyulun 17-də Dağlıq Qarabağda ilk dəfə keçirilmiş “Artsax eyr fest” adlı hava festivalında ilk kiçikhəcmli təyyarə havaya qalxıb.

Xankəndidən uçan bu ikiyerlik yüngülmühərrikli təyyarəni sabiq hərbi təyyarəçi Samvel Tavadyan idarə edib. Çoxlu sayda xarici turistlərin gəldiyi bu tədbir separatçı rejimin saxta atributları nümayiş olunub. ABŞ istehsalı olan “CH 701” təyyarəsi Şuşa üzərində dövrə vurduqdan sonra geriyə qayıdıb.

Tavadyan bildirib ki, ötən ildən başlayaraq uçuşa hazırlıq aparılıb. Bu ildən isə uçmağa başlayıblar.   

19.06.2017 12:21:04
Oxuma sayı: 1402