Azərbaycanın xarici valyutada ehtiyatları artıb
Ölçü:


Mərkəzi Bank 2017-ci ilin 3 ayı üzrə ödəmə balansının göstəricilərini açıqlayıb.

Koordinat.az xəbər verir ki, tədiyə balansında 2015-ci ilin 3 ayında 4.591 milyard dollar, 2016-cı ilin 3 ayında 1270.1 milyard dollar defisitin ardınca bu ilin yanvar-mart ayında 464 milyon dollar profisit yaranıb. Bu isə o deməkdir ki, ölkənin xarici valyutada ehtiyatları artıb.

Mərkəzi Bankın bu göstəricilərini şərh edən iqtisadçı ekspert Rövşən Ağayev deyib ki, cari hesablar balansının saldosu da ötən ilki 432 milyon dollar mənfi rəqəmdən bu il 380 milyon dollar müsbət göstərici ilə əvəzlənib.

"Ölkəyə turist axınının kəskin artdığı deyilsə də, rəqəmlərdə bu özünü göstərmir. Belə ki, ötən ilin 3 ayına nisbətən turizm xidmətlərinin ixracı 28 milyon dollar (4.3 faiz) artaraq 669 milyon dollara çatıb. Amma əvəzində xaricdə ölkə vətəndaşlarının turist kimi xərcləmələri daha çox artıb. Belə ki, bu ilin 3 ayında turizm xidmətlərinin idxalı 617 milyon dollar olub. Bu, ötən ilin göstəricisindən 87 milyon dollar (16.4 faiz) çoxdur" - deyə, Rövşən Ağayev əlavə edib.
19.06.2017 11:24:01
Oxuma sayı: 362