Keçmiş prorektor həbs edildi
Ölçü:


Azərbaycanda axtarışda olan şəxs saxlanılıb.

Koordinat.az APA-ya istinadən xəbər verir ki, Abşeron rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1952-ci il təvəllüdlü Rahim Zaman oğlu Əzizov Nəsimi rayonu ərazisində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Rahim Əzizov Azərbaycan Müəllimlər İnstitutunun sabiq prorektoru olub.
19.06.2017 10:40:17
Oxuma sayı: 593