Tütün istehsalı 40 faizə qədər azalıb
Ölçü:


Yanvar-may aylarında sənaye məhsulunun 24,4 faizi emal sektorunda istehsal olunub.

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, emal sektorunda qida məhsullarının istehsalı 3,1 faiz, içkilərin istehsalı 37,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 62,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 87,5 faiz, kağız və karton istehsalı 1,1 faiz, mebel istehsalı 34,7 faiz artıb, tütün məmulatlarının istehsalı 38,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 58,8 faiz azalıb.
19.06.2017 10:06:00
Oxuma sayı: 339