Türkiyə hərbçilərinin ilk qrupu Qətərə daxil oldu
Ölçü:


İki ölkə arasındakı hərbi razılaşmanın icrası çərçivəsində Türkiyə hərbçilərinin ilk qrupu Qətərə daxil olub.

Koordinat.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Bildirilir ki, Türkiyə ordusunun quru qoşunlarının əsgərlərinə şamil olan türk qüvvələr Doha şəhərinə daxil olduqdan sonra bu şəhərin "Tariq ibn Ziyad" bazasına köçürülüblər. Onlar bu qarnizonda təlim-məşqlərə başlayıblar. Qətər dövləti faktı təsdiqləyib.

Türkiyə Qətərə türk hərbçiləri ilə yanaşı tanklar və ağır silahları da Dohaya göndərib.

Türkiyə parlamenti son zamanlar Türkiyə ordusu hərbçilərinin Qətərə göndərilməsi qanununu qəbul edib.

Türkiyə hərbçiləri  Qətərə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Amerikanın təzyiqi altında iyunun beşindən bəri Qətərlə diplomatik əlaqələrini kəsməsindən sonra gəlib.
19.06.2017 10:23:25
Oxuma sayı: 82