Bu gün Bakının bəzi ərazilərində su olmayacaq - xəbərdarlıq
Ölçü:


Bu gün Bakının  bəzi ünvanlarında su olmayacaq.

Koordinat.az
xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, bu gün saat 11:00-dən 18:00-dək paytaxtın Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Buna səbəb Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsidir.
19.06.2017 10:15:54
Oxuma sayı: 131