Çingiz Abdullayev: "Təsadüfi adamlar deputatlığa namizəd olmamalıdır"
Ölçü:


"Axı, sən hansı başla, hansı haqla seçkilərə gedirsən?"

Koordinat.az xəbər verir ki, bunu Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev deyib. O, qeyd edib ki, seçkilərdə təcrübəli, savadlı, bacarıqlı, qanunvericiliyi bilən insanlar iştirak etməlidir: “Az qala 4-5 min adam namizədliyi irəli sürümüşdü. Onlardan çoxu da heç 400-500 imza toplaya bilmədi. Axı, sən hansı haqla, hansı başla seçkilərə gedirsən, namizəd olmaq istəyirsən? Sənin buna savadın, qabiliyyətin, bacarığın, biliyin, savadın çatırmı? Sənin qanunvericilik nədir, ondan xəbərin varmı? Seçkilərə təsadüfi adamlar getməməlidir, təsadüfi adamlar deputatlığa namizəd olmamalıdır. Bunun ciddiliyinə varmalıdırlar”-deyə, Ç. Abdullayev sözlərinə əlavə edib.
07.02.2020 13:56:00
Oxuma sayı: 211