Cəbhəyanı kənddəki məktəbdən FOTOLAR
Ölçü:


Tovuz rayonunun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində bir neçə gün əvvəl dam örtüyü yanaraq sıradan çıxan məktəbin binası tamamilə yararsız hala düşə bilər.

Koordinat.az
xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Tovuz rayonuna səfəri zamanı həmin məktəbi də ziyarət edib. Burada müəllimlərlə görüşən deputat sinif otaqlarını gəzib. Məktəbin müəllim kollektivi millət vəkilindən bu təhsil ocağının dam örtüyünün qısa zamanda təmir edilməsi istiqamətində müvafiq qurumlara müraciət etməsini istəyiblər. Bildirilib ki, qısa zaman ərzində binada bərpa və yenidənqurma işləri aparılmasa yağan yağışlar məktəbin içərisini də tamamilə yararsız vəziyyətə salacaq.

Məktəb kollektivinin bu xahişini bir daha müvafiq orqanlara çatdıracağını deyən millət vəkili Qənirə Paşayeva isə bildirib ki, artıq bununla bağlı Təhsil Nazirliyi və rayon icra hakimiyyəti başçısı ilə danışıb və qısa zamanda məktəbin dam örtüyünün təmir edilməsinə başlanacaq. Görüşdən sonra təkrar Təhsil Nazirliyinin rəsmiləri ilə vəziyyətlə bağlı bir daha danışacağını deyən millət vəkili problemin yaxın günlərdə öz həllini tapacağına inandığını deyib.

Cəbhəyanı kənddə yerləşən həmin məktəbin hazırkı vəziyyətini əks etdirən fotoları təqdim edirik:
 
17.06.2017 20:58:36
Oxuma sayı: 340