Terror aktı planlaşdıran 6 İŞİD üzvü saxlanılıb
Ölçü:



İstanbulda terror aktı planlaşdırmaqda şübhəli sayılan 6 nəfər saxlanılıb.
 
Koordinat.az
-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə İŞİD terror təşkilatına bağlı 6 nəfərdən ibarət dəstənin terror təşkilatının rəhbərliyinin təlimatı ilə terror aktı həyata keçirməyə hazırlaşdığı barədə məlumat daxil olub.
 
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 6 şübhəli saxlanılıb. Onların yaşadıqları evlərdə İŞİD terror təşkilatı ilə bağlı çoxlu sayda sənədlər və disklər aşkarlanıb.
11.11.2017 13:25:32
Oxuma sayı: 1058