İsgəndər Həmidovu Mərkəzi Klinikadan çıxarıblar - maliyyə çətinliyinə görə
Ölçü:

“İsgəndər Həmidovun vəziyyəti stabil-ağır olaraq qalır, maliyyə sıxıntıları ilə əlaqədar olaraq ailəsi xəstəxana seçimini dəyişdi”.

Koordinat.az xəbər verir ki, bunu Modern.az-a keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun yerləşdirildiyi xəstəxananın həkimi Adil Qeybulla bildirib. O, İ.Həmidovun reanimasiyada olduğunu deyib: “İsgəndər Həmidov əvvəl "City Hospital"a gətirildi, ilkin yardım olunaraq, süni nəfəs verildi. Daha sonra Mərkəzi Klinikanın Reanimasiya şöbəsində imkanlar daha geniş olduğu üçün xəstə ora küçürüldü. 10 gün Mərkəzi Klinikada qalandan sonra ailədaxili maliyyə sıxıntıları olduğu üçün İsgəndər Həmidov yenidən "City Hospital"a köçürüldü. Burada da həmin müalicə yenə süni tənəffüs aparatı ilə davam etdirilir. Hazırda vəziyyəti stabil-ağır olaraq qalır”.

06.02.2020 10:06:00
Oxuma sayı: 114