Dillər Universiteti Slavyan Universiteti ilə birləşmək istəmir
Ölçü:


İki ali təhsil müəssisəsinin - Bakı Slavyan Universiteti (BSU)  və Azərbaycan Dillər Universitetinin (ADU)  birləşdiriləcəyi barədə xəbərlər dolaşmaqdadır.

Koordinat.az xəbər verir ki, hər iki universitetin birləşməsi profil baxımından uyğun hesab edilir. Amma ADU Slavyan Universitetinə birləşmək istəmir. ADU-nun İnformasiya Departamentinin müdiri Araz Ağayev Modern.az-a açıqlamasında  universitetlərin adlarının birləşdirilməsində hallanması məsələsinin məqsədəuyğun  olmadığını deyib: "ADU-nun hansısa bir universitet, o cümlədən BSU ilə birləşməsinə dair təklif və niyyəti  mövcud deyil. Bu, ölkə rəhbərliyi və digər müvafiq instansiyaların səlahiyyətinə aid məsələdir. Bir daha bəyan edirik ki, ADU öz resurslarını qarşıda duran ciddi vəzifələrin həlli istiqamətində səfərbər edib və gündəmdə olmayan bir məsələ ilə bağlı adının hallandırılmasını məqsədəuyğun hesab etmir”

 
16.06.2017 16:59:00
Oxuma sayı: 317