Çavuşoğlu Azərbaycana gəlir
Ölçü:


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gələcək.

Koordinat.az
xəbər verir ki, Çavuşoğlu sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.

Qeyd edək ki, iclasa Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan XİN başçıları, müşahidəçi üzv statusuna malik Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini qatılacaq.


05.02.2020 13:43:00
Oxuma sayı: 106