Buraxılış imtahanlarının vaxtı açıqlandı
Ölçü:


Ümumi təhsil müəssisələrinin ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı bəlli olub.

Bu barədə Koordinat.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumi orta (IX) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilk mərhələsi 1, 9 və 15 mart, II mərhələsi isə 7, 14 və 21 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.

Tam orta təhsil (XI) səviyyəsi üzrə buraxılış imtahanları isə 5, 12 və 19 aprel tarixlərində keçiriləcək.

05.02.2020 13:12:00
Oxuma sayı: 382