Çində Koronavirusu aşkar edən həkim də virusa yoluxdu
Ölçü:

Koronavirusu ilk dəfə aşkar edən çinli həkim özü də virusa yoluxub.

Koordinat.az xəbər verir ki, Li Venlianq adlı həkim hələ dekabrın 30-da xəstəlik barədə xəbərdarlıq yaymaq istəyəndə susdurulub. Belə ki, L.Venlianq dostlarına yerli dəniz məhsulu yeyən 7 nəfərin xəstəxanada karantin altında saxlanılması və virus daşıyıcısı olduğunu demişdi. Hazırda karantin altında olan Uhan şəhərinin polis əməkdaşları isə onu yalan məlumat yaymaqda ittiham edərək susdurmuşdu.

İndi isə isə Li Venlianq da daxil olmaqla 20 mindən çox insan koronavirus daşıyıcısıdır.

05.02.2020 10:56:00
Oxuma sayı: 1742