Hadı Rəcəbli talışları söyməsi barədə iddialara cavab verdi
Ölçü:


Lənkəran 74 saylı kənd seçki dairəsindən deputatlığa namizəd Hadı Rəcəbli haqqında yeni məlumatlar yayılıb.

Koordinat.az xəbər verir ki, yayılan məlumatlara görə, Hadı Rəcəbli bu dəfə talış xalqını söyüşlə  təhqir edib. Onun talışların ünvanına etikadan kənar söyüşlər səsləndirdi bildirilir. Buna etiraz olaraq seçiçilərdən bir neçəsi uzun illərdir Milli Məclisdə Cənub bölgəsini təmsil edən deputatın qardaşı İqbal Rəcəbli ilə görüşüblər. Sosial şəbəkədə yayılan səs yazısında İqbal Rəcəbli qardaşının talışların ünvanına sərt ifadələr işlətdiyini təsdiqləs ədə, bunun zarafat olduğunu deyib. Bundan sonra məsələ bir qədər də qəlizləşiv və qarşı tərəf Hadı Rəcəblini bu hərəkətinə görə qınayıb.

Hadı Rəcəbli özü isə Modern.az-a açıqlamasında yayılan xəbərlərə çox təəssüf etdiyini bildirib: “Talış xalqını söyməyim, haqqımda növbəti təxribat əməlidir. Mən talış torpağının övladıyam. Həmişə mənə talış deyiblər. Bununla da fəxr etmişəm. Talış dilində təmiz danışıram. Həmişə talışlarla talış dilində danışmışam”.

Hadı Rəcəbli seçki öncəsi bu cür təxribatlara əl atanların məqsədinin başqa olduğunu da qeyd edib: “Dövlətimizdə azsaylı xalqlara qarşı həmişə hörmət olub. Ona görə də haqqımda iftiralar səsləndirənlərlə seçkidən sonra hüquqi dildə cavab verəcəm. Çünki onların məqsədi seçki öncəsi təxribatlar törətməkdir. Halbuki ölkəmizdə demokratik seçki ab-havası hökm sürür. Seçkilərdən sonra bu məsələyə qayıdacam”.

04.02.2020 16:18:00
Oxuma sayı: 300