Azərbaycanda telefonlar bahalaşa bilər
Ölçü:

Rusiya Çində istehsal olunan mobil telefonlarla bağlı qadağa tətbiq edib. Belə ki, Çində istehsal olunan “Xiaomi”, “Vivo”, “Realme”, “Huawei”, “ZTE” və “Lenovo” smartfonlarının Rusiyaya gətirilmsəi dayandırılıb.

Koordinat.az bildirir ki, bu qərarın qəbul edilməsi Çində tüğyan edən koronavirus epidemiyası ilə bağlıdır. Qadağa müvəqqəti xarakter daşısa da, bunun iqtisadiyyata böyük zərbə vuracağı şəksizdir.

ABŞ-ın “Apple” şirkətinin Çindəki bütün mağazaları koronavirusla əlaqədar müvəqqət olaraq bağlayıb. Cənubi Koreyanın “Samsung Electronics” şirkəti də eyni addımı atıb. Onlar da Çində yayılmış koronavirusla (2019-nCoV) əlaqədar bu ölkədəki ən iri satış mərkəzini müvəqqəti bağlayacaqlarını açıqlayıblar.

Koronavirusla bağlı bu və ya digər qadağalardan sonra Azərbaycanın mobil telefon bazarında hansısa qiymət dəyişikliyi olacaqmı?

İqtisadi ekspert Akif Nəsirli mövzunu “Yeni sabah”a şərh edərkən bildirib ki, nəinki telefon, həmçinin digər məhsulların da qiymətində artım müşahidə olunacaq: “Ümumiyyətlə, Çindən gətirilən bütün məhsulların ixracatının müəyyən müddətə dayandırılması hazırda hədəfdədir. Dünya Çin gömrüyü üzrə karantina elan edilmədinə nail olmaq istəyir. Yəni Ümumdünya Səhiyyə Təşkilatı, beynəlxalq təşkilatlar və ABŞ-ın əsas hədəfi budur. Bu yəqin ki Azərbaycanda da ixracatın dayandırılmasına gətirilib çıxarılmasına səbəb olacaq.  Təkcə telefon deyil, çin dünya iqtisadiyyatının ¼-ni özündə cəmləyir. Buna görə də Çinin bloklanması iqtisadi olaraq, sözsüz ki, digər məhsulların qiymətinin qalxmasına səbəb olacaq. Mən hesab edirəm ki, əgər Çinin blonklanmasına nail olunsa, bu, dünyada yeni maliyyə böhranına yol açıla bilər.

Bu gün Çin dünya iqtisadiyyatına inteqrasiya edib, dünya ölkələrinin tələbatının əsas hissəsini, o cümlədən ABŞ-ın, Avropa ölkələrinin bazarlarının böyük hissəsini əhatə edir. İqtisadiyyatın bu qədər hissəsinin təcrid edilib, yerlərinin doldurulması üçün xeyli zaman lazımdır. Mən güman etmirəm ki, dünya tam olaraq, buna nail olacaq.

Bu, təkcə virus və ya iqtisadiyyat məsələsi deyil, bir qədər geniş konteksdə Çinə açılan davadır. Mən mütəxəsssilərdən öyrənmişəm ki, bu virusun aşkarlanmasından 60 il keçib. 60 ildə bu virus insanlara yoluxmadı, amma Çin iqtisadiyyatının yüksək inkişaf etdiyi dövrdə koronavirus yayıldı. Mən hesab edirəm ki, bu xüsusi hazırlanmış virusdur. Bilirsiz ki, iqtisadi arenada Çin və ABŞ arasında ciddi rəqabət yaranmışdı. Amerika və Çin bir-birilərinə qarşı müxtəlif sanksiyalar tətbiq edirdi. Amerika tərəfindən hərbi təhdidlər də nəzərə çarpırdı. Belə yollarla Çini cilovlamağa nail oldular, amma bu, iqtisadiyyata böyük zərbə vuracaq”.

Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi Çindən bir sıra ərzaq məhullarının gətirilməsini müvəqqəti olaraq qadağan edib. Bu ərzaq məhsullarının ölkəyə gətirilməsinə də heç bir sərhəd-keçid məntəqləsində icazə verilmir. Elektronika əşyalarının gərtirilməsi üçün isə heç bir problem yoxdur.
03.02.2020 17:38:00
Oxuma sayı: 15323