Ağciyər Xəstəlikləri İnstitutunda ölənlərin sayı 9-a çatdı
Ölçü:

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki ölüm faktı qeydə alınıb.

Koordinat.az
bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yavarın 30-da saat 21.45 daxil olub. Xəstə fevralın 3-də saat 07.30-da ölüb.

1983-cü il təvəllüdlü Quba sakini isə yanvarın 17-də ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı, böyrək transplantasiyasından sonrakı vəziyyətlə Reanimasiya şöbəsinə daxil olub.

Xəstə fevralın 2-də saat 05:10-da ağciyər–ürək çatışmazlığından ölüb.

Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib.

Yanvarın 14-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad, daha sonra adı açıqlamayan 1951-ci il təvəllüdlü bir xanım da orada ölüb. Bundan başqa, yanvarın 14-də 1957-ci il təvəllüdlü xəstə, yanvarın 29-da 1941-ci il təvəllüdlü daha bir şəxs həyatını itirib. Fevralın 1-də isə xəstəxanada 1977-ci il təvəllüdlü Bakı şəhər sakininin ölüm faktı qeydə alınıb.

03.02.2020 15:54:00
Oxuma sayı: 605