TƏBİB-dən Biləsuvarda bir ailənin zəhərlənməsinə reaksiya: "Zəhərlənməyiblər, narahat olublar"
Ölçü:


Biləsuvurda bir ailənin 4 üzvü zəhərlənib.

Koordinat.az xəbər verir ki, Günəşli kənd sakinləri - 1958-ci il təvəllüdlü Adil Əhmədov, onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Mərifət Xasıyeva, övladları - 1991-ci il təvəllüdlü Amil Əhmədov və 1997-ci il təvəllüdlü Sevanə Əhmədova qida zəhərlənməsi diaqnozu ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və daha sonra ailə üzvləri Bakıda yerləşən Klinik Tibbi Mərkəzə göndəriliblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar evlərində pomidor turşusu yeyiblər. Bir qədər sonra özlərini pis hiss edən ailə üzvləri xəstəxanaya müraciət ediblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB) isə Biləsuvarda bir ailənin 4 üzvünün qidadan zəhərlənməsi xəbərini təkzib edib. TƏBİB-dən APA-ya verilən məlumata görə, həmin şəxslər özləri Kliniki Tibbi Mərkəzə müraciət ediblər: “Onlar ev şəraitində hazırlanan turşudan yeyib narahat olublar. Bu, qida zəhərlənməsi deyil. Həmin şəxslərdən üçünün vəziyyəti kafi qiymətləndirilib və evə buraxılıblar. Biri isə şöbədədir, o da evə buraxılacaq”.
03.02.2020 11:48:00
Oxuma sayı: 1614