Ermənistandan nazirlərin Cenevrə görüşü barədə: “Konkret sənəd müzakirə olunur”
Ölçü:

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçrənin Cenevrə şəhərində 29-30 yanvar aylarında davam edən danışıqlarına Ermənistan müxalifətindən reaksiya gəlib.

Koordinat.az
Ermənistan mətbuatına istinadən bildirir ki, eks-prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyasının sədv müavini Armen Aşotyan Məmmədyarov-Mnatsakanyan danışıqlarında konkret təkliflərin müzakirə olunduğunu əlavə edib.

2018-ci ilə qədər Ermənistan parlamentinin deputatı və keçmiş təhsil naziri olan Aşotyan deyib ki, nazirlərin Cenevrə görüşündə müzakirə olunan məsələlər çox ciddidir və orada əks olunan müddəalar ictimaiyyətdən gizlədilir: “Cenevrə görüşü Qarabağ ətrafında gedən intensiv danışıqların bir hissəsidir. Bu barədə Ermənistan hakimiyyəti susmağa üstünlük verir. Danışıqlar prosesinin bərpası deyil, konkret şərtləri müzakirə olunur. Hətta, onu da deyə bilərəm ki, danışıqlar masasında konkret sənəd ətrafında müzakirə aparılır".

Xatırladaq ki, Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Cenevrədə  11 saat danışıqlar aparıb.

01.02.2020 17:06:00
Oxuma sayı: 205