BDU-nun tələbəsi karantinə alındı
Ölçü:

"Çin vətəndaşı Kliniki Tibbi Mərkəzdə (KTM) karantinə alınıb”.

Koordinat.az
xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, 22-23 yaşlı çinli oğlan Bakı Dövlət Universitetinin tələbəsidir və bu yaxınlarda Çindən Azərbaycana gəlib: "Koronavirus təhlükəsi ehtimal olunmur. Sadəcə olaraq, Çindən gəldiyi üçün 14 gün müddətində təhlükəsizlik səbəbilə karantində saxlanılacaq”.

C.İsayev qeyd edib ki, müayinənin nəticələrindən asılı olaraq qərar qəbul olunacaq.

31.01.2020 15:55:00
Oxuma sayı: 691