Azərbaycanda illik inflyasiya 13,8 faiz yüksəlib
Ölçü:


Bu ilin yanvar-may aylarında istehlak məhsulları və xidmətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8 faiz bahalaşıb.

Koordinat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Qeyd olunur ki, bu ilin yanvar-may aylarında ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1 faiz artıb.

Bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərində 0,2 faiz, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,1 faiz artım, ərzaq məhsullarının qiymətlərində isə 1,3 faiz azalma qeydə alınıb.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artıb. O cümlədən, ərzaq məhsulları 17,8 faiz, qeyri-ərzaq məhsulları 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 8,7 faiz bahalaşıb. Apredə aylıq inflyasiya 0,2 faiz təşkil edib.

13.06.2017 19:05:26
Oxuma sayı: 112