Çinin karantin zonasındakı azərbaycanlılar Türkiyəyə gətiriləcək
Ölçü:

"Azərbaycan tərəfinin istəyi ilə Çində koronavirusun qeydə alındığı bölgədə yaşayan azərbaycanlılar Türkiyə vətəndaşları ilə birgə təxliyə ediləcək".

Koordinat.az
-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib. Səfir qeyd edib ki, koronavirus təhlükəsinə görə Türkiyə 35 vətəndaşını Çindən təxliyə edəcək: "Çində olan vətəndaşlarımız üçün təyyarə göndərilməsi planlaşdırılır. Bizdə olan məlumata görə, Çində karantin bölgəsində yaşayan 7 nəfər azərbaycanlı da Türkiyə vətəndaşları ilə birgə Türkiyəyə gətiriləcək və daha sonra lazımi tədbirlər görüləcək”.

30.01.2020 12:32:00
Oxuma sayı: 680