Ceyhun Bayramov: "Ortaq türk tarixi dərsliyi artıq hazırdır"
Ölçü:


"Beynəlxalq Türk Akademiyası çərçivəsində 15-ci əsrədək olan ortaq türk tarixi dərsliyi artıq hazırdır".

Koordinat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası çərçivəsində ortaq türk tarixi dərsliyinin tədrisinə başlanılması müzakirə ediləcək: "Eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin hazırlanması da müzakirə olunacaq".

30.01.2020 11:37:00
Oxuma sayı: 663