Rusiyadan 5 ayda 22 milyard dollar pul çıxarılıb
Ölçü:


Bu ilin ilk beş ayı ərzində Rusiyadan çıxarılan xalis kapitalın həcmi 22 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə Lenta.ru saytı Rusiyanın Mərkəzi Bankına istinadən məlumat yayıb. Bildirilib ki, 2016-cı ilin analoji dövrün ərzində Rusiyadan xalis kapital axını 10,3 mlrd. dollar olub. Beləliklə, kapital axınında illik müqayisədə 2,17 dəfə artım qeydə alınıb. Rusiya Bankının açıqlamasında deyilir ki, ötən ildən fərqli olaraq kapital axınınıda bu il bank sektorunun xarici aktivlərini yerləşdirməsi əməliyyatları və xarici öhdəliklərin ödənilməsi faktları üstünlük təşkil edib.

Xatırladaq ki, 2016-cı ilin yekununda Rusiyadan xalis kapital axını 15,4 mlrd. dollar olub. 2015- ci ildə isə bu göstərici 57,5 mlrd. dollar təşkil edib.

 
12.06.2017 19:09:00
Oxuma sayı: 340