Təhsilin əlçatanlıq imkanları aşağı salınır - təhsil eksperti DİM-i günahlandırdı
Ölçü:

“Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı ilin aprel ayınadək dövlət vəsaiti hesabına maliyyələşirdi. Amma bir çox ximətlər ödənişli idi. Həmin vaxtlarda ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər kart alaraq və ya 2.50 manat və ya 3 manat ödəməklə həm sınaq, həm də qəbul imtahanında iştirak edə bilərdi. Lakin 2016-cı ildən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) yaradıldı. Hazırda sınaq imtahanın qiyməti 40 manat, magistratura səviyyəsi üçün keçiriləcək sınaq imtahanının qiyməti isə 50 manatdır. Burada anlaşılmazlıq var". 

Koordinat.az
xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. O, qeyd edib ki, DİM-in elan etdiyi bu qiymətlər reallığı əks etdirmir:
"Birincisi, DİM birləşməsində dövlət sözü var. Deməli bu publik hüquqlu şəxs ola bilməz. Düzdür, dövlətin funksiyalarını yerinə yetirən  publik hüquqlu şəxsdir. Amma bütün hallarda Azərbaycan da alternativ qurum olmadığına görə, hazırda DİM bazara diktə edən bir qurumdur. Yəni qiymət qoyan odur. Yanlışlıq elə buradan başlayır. Mütləq alternativ qurum olmalıdır ki, onlar da imtahan keçirsinlər. Məsələnin, ikinci tərəfi isə hazırda ali təhsil müəssisələrində tələbə qəbulu üçün keçiriləcək sınaq və qəbul imtahanlarının məbləği reallığı əks etdirməməsidir. Qiymət müəyyənləşərkən bir sual kitabçanın başa gəlmə xərcləri hesablanır. Məsələn, bir sual kitabçasında bakalavr pilləsində yəni əvvəllər 125 sual idisə, indi 90 sualdır. 90 sualı yazan müəllifə balavriat səviyyəsinə görə  1 manat, magistratura üçün isə 1.50 manat ödənilir. Bunu yoxlayana isə 20-30 qəpik ödənilir. Bir sual kitabçasının suallarının müəlliflər tərəfindən alınması, onun çap edilməsi, imtahan binasına gətirilməsi və s. bütün bunları qiymətləndirsək, maksimum 12 manata başa gələ bilər. Onsuz, DİM imtahan keçirəcəyi binalara görə, heç kimə kirayə pulu ödəmir.

Ən maraqlı tərəf isə DİM imtahan keçirmək üçün lazım olan avadanlıqları dövlət büdcəsinin hesabına almışdı. Hazırda DİM-in istifadə etdiyi test tapşırıqlarının heç də hamısı yeni suallar deyil. Sualların A və ya B variantlarının yerini dəyişiblər, amma suallar yeni deyil. Məbləğlərin bu qədər yüksək olması təhsilin əlçatımlılıq qabiliyyətini aşağı salır. Təsəvvür edin ki, 2016-ci ildə sınaq imtahanı üçün ayrılmış 30-40 min yer yarım saat ərzində bitirdi. İndi isə 5 min yer qoyulub. Hələ ki bu sayının yarısının yarısı da dolmayıb. Bu qiymətlər reallağı əks etdirmir. 

Sınaq imtahanı imtahan iştirakçıların psixoloji və fizioloji baxımdan hazırılığı prosesidir. Bundan sonra tələbənin və ya şagirdin qabiliyyət və bacarıqlarını yoxlayır. Siz bu imtahan vasitəsilə 90 dəqiqə vaxtı necə böləcəyinizi, hansı fənndən başlayacağınızı, sual kitabçasını cavab kartına köçürülməsi forma və qaydalarını öyrənə bilərsiz. Əvvəllər ən azı 5-6 belə imtahan keçirilirdi, yüksək bal toplayanların sayı çox olurdu. 2019-da isə 700 bal toplayan olmadı” (Yenisabah).
29.01.2020 13:47:00
Oxuma sayı: 637