Dəhşətli virusdan qorunmağın yolları – tibb məsləhəti
Ölçü:

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilə bağlı əhaliyə tövsiyələri açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, bu tövsiyyələr aşağıdakılardır:

Əllərinizi yuyun
öskürdükdən və asqırdıqdan sonra
xəstələrə qulluq edərkən
yemək hazırlayərkən, əvvəl və sonra
yeməkdən əvvəl
tualet istifadəsindən sonra
əllər vizual olaraq çirkli göründükdə
heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra
Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun
Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin

Başqalarını xəstələnmədən qoruyun
Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün
İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın
Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun
 Özünüzü xəstələnməkdən qoruyun
 Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin
Qida təhlükəsizliyini tətbiq edin
Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin
Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun
Xəstə və ölü heyvanlar yeyilməməlidir
Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər.

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun.
Gözlərə, burun və ya ağzınıza toxunmayın. 
Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin.
Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin.
Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin.
Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin
İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın.
Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin.

Koronavirus infeksiyası riskini azaldın:
Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun
Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın
Ət məhsullarını və yumurtanı tam bişirin
Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin.

29.01.2020 12:55:00
Oxuma sayı: 140