İranda hərbi təyyarə qəzaya uğrayıb
Ölçü:



İranda hərbi təyyarə qəzaya uğrayıb.

Hadisə bu gün səhər Fars əyalətinin  Sarvstan şəhəri yaxınlığında baş verib. Hərbi təyyarə təlim uçuşu həyata keçirirmiş.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus "SU-22" tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində pilotun həlak olduğu bildirilir.
11.11.2017 13:06:00
Oxuma sayı: 1240