Səhiyyə Nazirliyi: "Zəhərlənmiş 30 uşağın müalicəsi davam edir"
Ölçü:


“Zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına daxil olmuş 30 uşağın müalicəsi davam edir”.

Koordinat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova bildirib. Onun sözlərinə görə, hazırda uşaqların vəziyyəti kafidir və müalicələri davam edir. Nazirlik rəsmisi qeyd edib ki, yaxın zamanlarda onların evə buraxılması nəzərdə tutulur.

Qeyd edək ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında kütləvi şəkildə zəhərlənmə müşahidə edilib. Bu günə qədər xəstəxanaya 150-dən çox uşaq gətirilib.
12.06.2017 11:14:00
Oxuma sayı: 422