Çin məhsullarına nəzarət gücləndirilir
Ölçü:

Azərbaycanın sərhəd-keçid məntəqələri koronavirus epidemiyasına görə gücləndirilmiş iş rejiminə keçib.

Koordinat.az
xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə qərar qəbul olunub. Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması qərarlaşdırılıb.

Digər qərara əsasən, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarət gücləndiriləcək.  Azərbaycanın səhiyyə ocaqlarında koronavirusla bağlı qaynar xətlər yaradılacaq. Həmçinin səhiyyə nazirinin rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə koronavirus epidemiyasına qarşı İşçi qrupu yaradılacaq.

Bildirilib ki, hazırda ölkədə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.
28.01.2020 16:28:00
Oxuma sayı: 793