Hər vətəndaş ən azı 5 dəfə "ASAN Xidmət"ə müraciət edib
Ölçü:


"2019-cu il ərzində “ASAN xidmət”ə 9 milyondan çox müraciət daxil olub".

Koordinat.az
-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “ASAN xidmət”ə fəaliyyət göstərdiyi 7 il ərzində 6 500 000-dən çox vətəndaş tərəfindən 35 410 334 müraciət daxil olub. Bu isə hər vətəndaşın ən azı 5 dəfə "ASAN Xidmət"ə müraciət etməsi deməkdir.

Agentlik sədri qeyd edib ki, gün ərzində 2390 nəfər "ASAN Xidmət"ə ilk dəfə müraciət edir. Ümumilikdə gün ərzində müraciət sayı 30871-dir. Ülvi Mehdiyev bildirib ki, müraciətlər ən çox şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı olur: "Bir gün ərzində "ASAN Xidmət"də 3718 nəfərə şəxsiyyət vəsiqəsi verilir. Eyni zamanda bir gün ərzində "ASAN Xidmət"də 408 nikah qeydə alınır".

28.01.2020 11:38:00
Oxuma sayı: 173