Rəşad Mahmudov şəhid anasının qonağı oldu - FOTO
Ölçü:

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru Rəşad Mahmudov bu gün Astaranın Səncərədi kəndində seçicilərlə görüşüb.

Koordinat.az
xəbər verir ki, ilk olaraq şəhid anası Zöhrə Ağayevaya baş çəkən deputatlığa namizəd, şəhid anasının qayğı və istəkləri ilə maraqlanıb, onunla ətraflı söhbət edib. R.Mahmudov bununla bağlı sosial şəbəkədəki hesabında yazıb: “Astara rayonu Səncərədi kəndində, Vətənimizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidimiz Ağayev Elman Nəsir oğlunun anası Ağayeva Zöhrə Pilağa qızını ziyarət etdim. Şəhidimiz haqqında xatirələrini paylaşan Zöhrə ana, dövlətimizin şəhid ailələrinə olan xüsusi qayğısından razılığını bildirdi”.

Xatırladaq ki, R.Mahmudov bundan əvvəlki görüşlərində də ilk olaraq şəhid ailələrinə baş çəkib, onların yaşam səviyyəsi, istəkləri ilə maraqlanıb.
28.01.2020 10:22:00
Oxuma sayı: 39