Rusiyalı tarixçi Şuşa məscidini İranın maddi irsi kimi təqdim etdi - Azərbaycana qarşı növbəti qərəz
Ölçü:

Ermənilərin rekonstuksiya adı ilə tanınmaz hala saldıqları Şuşanın Yuxarı Gövhər Ağa məscidinin son görüntüləri yayımlanıb.

Koordinat.az
xəbər verir ki, Qarabağda yaşayan rusiyalı tarixçi Anton Yestratovun bir müddət öncə paylaşdığı videoda Şuşa məscidinin daxili və zahiri görkəminin ciddi dəyişikliyə uğradığı görünür. Bundan başqa, yaxınlıqdakı mədrəsədə də dəyişikliklərin olduğu videodan bəlli olur. Ermənipərəst mövqeyi ilə tanınan Yevstratov Şuşa məscidini qərəzli şəkildə İranın maddi irsi kimi təqdim edib.

Layihəni Ermənistanın “İDeA” fondunun maliyyəsi hesabına İranın “Part Saman Jahan” memarlıq şirkəti həyata keçirib. Layihənin əsas maliyyəsini erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan ayırıb. Tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiya adı ilə tanınmaz hala salan düşmən tərəfi yaxınlıqda yerləşən mədrəsə də ciddi dəyişikliklər aparıblar.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.
28.01.2020 09:56:00
Oxuma sayı: 543