BDU-da iki prorektor, bir dekan işdən çıxarıldı
Ölçü:


Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

Koordinat.az
xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Universitetin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.

Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı, Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.

27.01.2020 17:13:00
Oxuma sayı: 115