YAP üzvlərinin sayı 710 min nəfəri keçib
Ölçü:


"Yeni Azərbaycan Partiyasının (YAP) sıralarının genişlənməsi ötən il ərzində də davam edib, il ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib".

Koordinat.az xəbər verir ki, bunu baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov partiyanın İdarə Heyətinin yanvarın 19-da keçirilmiş növbəti iclasında deyib. O bildirib ki, partiya üzvlərinin sayı 710 min nəfəri keçib: "Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib", – deyə Ə. Əhmədov qeyd edib.
19.01.2018 15:06:00
Oxuma sayı: 655