Bakıda məktəb avtobusları fəaliyyətə başlayacaq
Ölçü:

Bakıda məktəb avtobusları fəaliyyətə başlayacaq.

Koordinat.az
bildirir ki bu barədə təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunları və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında danışıb. Nazirin sözlərinə görə valideynlərlə keçirilən görüşlərdə əsas məsələ avtobusların təşkil edilməsi ilə bağlı olub.

“Artıq bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlığımız başlayıb. Bu işlər növbəti aylarda da davam etdiriləcək. Birgə səylərimiz sayəsində yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq”, - deyə nazir söyləyib.

C.Bayramov onu da qeyd edib ki, ilk mərhələdə bu bütün məktəblərdə tətbiq olunmayacaq.
27.01.2020 11:24:00
Oxuma sayı: 125