Rəşad Mahmudov Astarada seçiciləri ilə görüşdü
Ölçü:

 77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov Astaranın Suparıbağ inzibati ərazi nümayəndəliyində seçicilərlə görüş keçirib.

Koordinat.az xəbər verir ki, görüşdə insanların mövcud sosial durumu, qayğı və istəkləri ilə maraqlanan R.Mahmudov, Astaranın inkişafı ilə planlarından da bəhs edib. Məşhur cərrah sosial şəbəkədəki hesabında görüş haqqında bunları yazıb: “Bu gün Astara rayonunun Suparıbağ İnzibati ərazi nümayəndəliyində 250-dən çox seçici ilə aktiv görüşümüz oldu. Seçicilərin Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləməklərini dilə gətirmələri görüşə çox müsbət rəng qatdı. Eşitdiyim xoş sözlər və təriflər mənə qürur hissi yaşatdığı kimi üzərimə də böyük bir məsuliyyət qoydu.

İnsanların yaşayış şəraitləri, eləcə də problemləri ilə maraqlandım və Astaranın inkişafı üçün proqram və planlar haqqında məlumat verdim. Seçicilər fevral ayının 9-da YAP-ın namizədinə səs verəcəklərini bəyan etdilər".
25.01.2020 17:49:00
Oxuma sayı: 22