Paşinyan İlham Əliyevlə Münhendə görüşə bilər
Ölçü:


Azərbaycan prezidenti ilə gələn ay Almaniyanın Münhen şəhərində keçiriləcək təhlükəsizlik konfransı çərçivəsində görüş barədə anlaşma hələ yoxdur.

Koordinat.az-ın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan Qafanda keçirdiyi mətbuat konfransında belə deyib. O, qeyd edib ki, İlham Əliyevlə görüşü istisna etmək olmaz və bu məsələ müzakirə prosesindədir.

Paşinyan xatırladıb ki, Azərbaycan prezidenti ilə onun sonuncu ünsiyyəti 2019-cu ilin dekabrında Sankt-Peterburqda MDB sammiti zamanı baş tutub: "Mən belə müzakirələri faydalı sayıram. Hesab edirəm ki, görüşüb nəyisə müzakirə etməyin ziyanı yoxdur”.

Paşinyan dərhal əlavə edib ki, erməni hökuməti Qarabağ nizamlanmasına dair danışıqlar prosesinin çərçivəsini 2019-cu il dekabrın 2-də Ermənistan və qondarma “DQR” təhlükəsizlik şuralarının birgə iclasında müəyyən edib: “Hazırkı məqamda danışıqlar masasında müzakirə üçün sənəd yoxdur. Biz birlikdə işləməliyik ki, danışıqlar prosesini daha predmetli müzakirələr mərhələsinə çıxardaq”.

Ermənistan baş naziri bildirib ki, bir sıra obyektiv  və subyektiv məqamlara görə görüşlər arasındakı fasilədən effektiv istifadə etmək mümkün olmayıb.
25.01.2020 17:04:00
Oxuma sayı: 31